Zaqatala sakini evində hücuma məruz qaldı  - Polisdən AÇIQLAMA
01 aprel 2025 16:16 (UTC +04:00)

Zaqatala sakini evində hücuma məruz qaldı - Polisdən AÇIQLAMA

Zaqatala sakini evində hücuma məruz qalıb.

Lent.az xəbər "ZAQATALA NEWS"a istinadən verir ki, hadisə Zaqatala şəhəri, Səlahəddin Kazımov küçəsində qeydə alınıb. 

Ötən gecə həmin küçədə yaşayan Məmmədrəsul Məmmədovun evinə gələn Rəşad Aşurov onu yuxudan oyadaraq küçəyə çağırıb və döyüb. 

Hadisə ilə bağlı polisə məlumat verilib. Polis hazırda hadisəni törədən Rəşad Aşurovun saxlanılması istiqamətində axtarış tədbirlərini davam etdirir. 

Daxili İşlər Nazirliyi məttbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, hadisə ilə bağlı polisə məlumat daxil olub. Şəxsi münasibətlər zəminində baş verən mübahisə ilə bağlı tərəflərin izahatları alınıb və müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3644

Oxşar yazılar