Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
“Ford Fusion” markalı minik avtomobilinin sürücüsü avtomobili sürətlə idarə edərək ərazidə olan bir neçə avtomobilə çırpıb.
Qəza zamanı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Əliyev Coşqun Lətif oğlu kəllə-beyin travması alaraq Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.