Yük maşını  aşdı,   sürücü xəsarət aldı
03 may 2022 21:40 (UTC +04:00)

Yük maşını aşdı, sürücü xəsarət aldı

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Qaradağ kəndində qeydə alınıb.

Hərəkətdə olan “Qazel” markalı yük maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə yük maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü 1996-cı il təvəllüdlü Padarov Babək xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 

# 1692
avatar

Oxşar yazılar