Yolu tüstüyə bürüyən sürücü CƏZALANDIRILDI - VİDEO
13 fevral 2024 13:56 (UTC +04:00)

Yolu tüstüyə bürüyən sürücü CƏZALANDIRILDI - VİDEO

Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunda idarə etdiyi nasaz nəqliyyat vasitəsilə digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücü ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Baş Dövlət Yol Polis İdarəsində araşdırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, araşdırma nəticəsində 99-ZY-691 dövlət qeydiyyat nişanlı avtomobili mühərriki nasaz vəziyyətdə idarə edən şəxsin Şirvan şəhər sakini Yavər Zaidov olduğu müəyyən edilib və həmin sürücü barəsində inzibati qanunvericiliyə uyğun tədbir görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərə müraciət edərək onları istifadələrində olan avtomobillərə vaxtında texniki qulluq göstərməyə, sazlığından əmin olmadıqları nəqliyyat vasitələrinin istismarından çəkinməyə çağırır və bu kimi səhlənkarlıqların sonradan ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3908

Oxşar yazılar