Yol qəzasında qadın ağır xəsarət aldı
24 sentyabr 2021 00:12 (UTC +04:00)

Yol qəzasında qadın ağır xəsarət aldı

Şirvanda baş verən yol qəzasında 26 yaşlı qadın ağır xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

“VAZ 21011” və “VAZ 2106” markalı avtomobillər işıqforda toqquşub. Nəticədə avtomobillərdən birində olan sərnişin, Şirvan sakini, 1995-ci il təvəllüdlü Qarayeva Xəyalə İmdad qızı ağır xəsarət alıb.

Şirvan şəhər xəstəxanasına yerləşdirilən yaralı əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 1371
avatar

Oxşar yazılar