YOL QƏZASI:  1 nəfər öldü, ər-arvad yaralandı - FOTO
28 noyabr 2021 20:08 (UTC +04:00)

YOL QƏZASI: 1 nəfər öldü, ər-arvad yaralandı - FOTO

0

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun girişində “Qala” adlan yerdə qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ 2106" markalı avtomobil toqquşub. Qəza zamanı 1990-cı il təvəllüdlü Fərxri Əfəndiyev dünyasını dəyişib. Hümbət Həsənov və onun həyat yoldaşı Nübar Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3314

Oxşar yazılar