Rusiyanın Tver vilayətinin Ramaşkov rayon sakini olan azərbaycanlı saxta sürücülük vəsiqəsi təqdim etməkdə ittiham olunur.
Lent.az yerli mediaya istinadla bildirir ki, həmin şəxs sənədləri bir müddət əvvəl alıb. Sürücülük vəsiqəsinə onun şəkli yapışdırılıb və şəxsi məlumatları qeyd edilib.
2025-ci ilin iyun ayında Rameşkada həmin şəxsin avtomobili sənədlərin yoxlanılması üçün saxlanılıb. O zaman o, polisə şübhəli görünən “vəsiqə”ni təqdim edib. Sənədin yoxlanılması zamanı hüquq-mühafizə orqanlarının şübhələri təsdiqlənib.
Rameşkov rayonunun prokuroru ittiham aktını təsdiqləyib və cinayət işi baxılmaq üçün məhkəməyə göndərilib.