Moskva yaxınlığındakı Mixnevo kəndində yol polisi əməkdaşı avtomobili ilə üç uşağı vurub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi öz Telegram kanalında məlumat yayıb.
İdarədən bildirildiyi kimi, beş, altı və yeddi yaşlı uşaqlar yolu səhv yerdə keçməyə cəhd ediblər. Onların yanında böyüklər olmayıb.
"Yaralanan piyadalar tibb müəssisəsinə çatdırılıb", - məlumatda deyilir.
27 yaşlı sürücünün ayıq olduğu bildirilir. İndi hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını müəyyən etməyə çalışırlar. Azyaşlıların vəziyyəti hələlik məlum deyil.