Yevlaxda maşın aşdı, ölən var
06 oktyabr 2023 10:08 (UTC +04:00)

Yevlaxda maşın aşdı, ölən var

Yevlaxda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Qoyunbinəsi kəndində qeydə alınıb. 40 yaşlı Hüseynov Rafiq Məhəmməd oğlunun idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil aşıb. Nəticədə avtomobildə olan sərnişin 66 yaşlı Abbasov Eyvaz Buruc oğlu hadisə yerində ölüb, sürücü isə xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3297
avatar

Mehman Nəbiyev

Oxşar yazılar