Yevlaxda avtomobil aşdı, ölən və xəsarət alanlar var - YENİLƏNİB
09 sentyabr 2021 01:26 (UTC +04:00)

Yevlaxda avtomobil aşdı, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Yevlax rayonu ərazisində baş vermiş ağır yol qəzası nəticəsində ölən şəxsin kimliyi məlum olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, bu, Yevlax rayon sakini Elçin Əhmədovdur. O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam edir.

***

Saat 22:14

Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Salahlı kəndi yaxınlığında baş verib.

"Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2386

Oxşar yazılar