Yevlax-Bərdə yolunda zəncirvari qəza:  Xəsarət alanlar var - FOTO
26 iyun 2021 22:25 (UTC +04:00)

Yevlax-Bərdə yolunda zəncirvari qəza: Xəsarət alanlar var - FOTO

0

Yevlax-Bərdə avtomobil yolunda zəncirvari avtoqəza olub, 4 maşın toqquşub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, iki rayon arasındakı magistral yolda baş verən avtoqəza zamanı "Kia", iki "Mercedes" markalı minik maşınları və bir "Mercedes" markalı kiçiktutumlu yük maşını toqquşub. Nəticədə iki nəfər - 1971-ci il təvəllüdlü Bakı sakini Vəfa Mirzəyeva və 1988-ci il təvəllüdlü Bərdə rayon sakini S.Səlimov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1830

Oxşar yazılar