Yeni doğulmuş körpəni sünnət edənə  cinayət işi AÇILDI
17 avqust 2023 15:34 (UTC +04:00)

Yeni doğulmuş körpəni sünnət edənə cinayət işi AÇILDI

Çelyabinsk vilayətində yeni doğulmuş körpənin evdə sünnət olunması ilə bağlı cinayət işi açılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, təqsirləndirilən şəxs tanışının xahişi ilə yeni doğulmuş uşağa evdə sünnət xidməti göstərməyə gəlib. Bu zaman o, keyidici dərmanın dozasını aşıb. Nəticədə körpə huşunu itirib və nəfəsi kəsilib.

Qeyd olunur ki, bundan sonra körpə tibb müəssisəsinə aparılıb, ona “anafilaktik şok, həddindən artıq doza” diaqnozu qoyulub və vaxtında yardım göstərilib.

Bildirilir ki, Maqnitoqorsk şəhərinin Leninski rayon prokurorluğu yerli sakinə qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib. İş mahiyyəti üzrə əlavə baxılması üçün məhkəməyə göndərilib. Prokurorluq açıqlayıb ki, kişi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində (“təhlükəsizliyə cavab verməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi”) nəzərdə tutulmuş cinayət törətməkdə ittiham olunur. Buna görə onu 500 min rubla qədər cərimə tətbiq etməklə 6 ilə qədər həbs cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2337
avatar

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28