Salyanda avtomobil qadını vuraraq öldürüb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Salyan rayonunun Arbatan kəndində qeydə alınıb.
Beton qarışdıran yük avtomobili yolu keçən Salyan şəhər sakini, 1941-ci il təvəllüdlü Süleymanova Rəşxəndə Firudin qızını vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.