Yaşayış yerini tərk edən "COVID"  xəstəsinə cinayət işi açıldı
13 avqust 2021 10:25 (UTC +04:00)

Yaşayış yerini tərk edən "COVID" xəstəsinə cinayət işi açıldı

Cəlilabadda yaşayış yerini tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini C.Kazımov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1785
avatar

Mehman Nəbiyev

Oxşar yazılar