Yasamalda iki avtomobil TOQQUŞDU
23 may 2024 04:35 (UTC +04:00)

Yasamalda iki avtomobil TOQQUŞDU

Bakının Yasamal rayonunda iki avtomobil toqquşub.

Lent.az xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə və Akim Abbasov küçələrinin kəsişməsində qeydə alınıb.  Belə ki, “Kia” və “Ravon” markalı minik avtomobilləri toqquşub. Nəticədə avtomobillər yararsız vəziyyətə düşüb. 

Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobillərin yoldan götürülüməsi təmin edilib. Faktla bağlı araşdırma aparılır.

# 1719
avatar

Oxşar yazılar