Bakı şəhər İcra Hakimiyyəti məhkəməyə verilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası (YAP) şəhər meriyasını məhkəməyə verib. Tərəflər arasındakı problem inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr, daha dəqiqi torpaq münasibətləri üzrə sair mübahisələrlə bağlıdır.
İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilib.
Prosesə hakim Nəriman Abıyev sədrlik edəcək.