Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 2000 m² (hər mərtəbəsi 1000 m²) olan ikimərtəbəli şadlıq sarayının mətbəxinin havalandırma sistemində mühərrik və yağ qalıqları yanıb.
Lent.az-ın xəbərinə görə, bitişik çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində 1 ədəd pəncərə çərçivəsi də qismən yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Şadlıq sarayı və bitişik bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.