Yalan vədlər verib  12 minlik   DƏLƏDUZLUQ ETDİ
08 fevral 2024 12:55 (UTC +04:00)

Yalan vədlər verib 12 minlik DƏLƏDUZLUQ ETDİ

0

Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində müxtəlif vədlər verərək vətəndaşlara məxsus maddi vəsaitləri mənimsəyən şəxs məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, bu əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Elşad İsmayılov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, onun vətəndaşların etibarından istifadə edərək, xarici dövlətlərin birində işləmək üçün müvafiq sənədlər almaları üçün yalan vədlər verib və zərərçəkənlərin ümumilikdə 12000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi açılıb, E.İsmayılov barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər E.İsmayılovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4211

Oxşar yazılar