Yağışlı havada qəza: Ölən var -FOTO -YENİLƏNİB
27 may 2023 01:21 (UTC +04:00)

Yağışlı havada qəza: Ölən var-FOTO-YENİLƏNİB

Gəncədə yol qəzasında ölənin şəxsiyyəti müəyyən edilib.

Lent.az xəbər verir ki, ölən şəxs “Khazar” avtomobilinin sürücüsü,1996-cı il təvəllüdlü Abdulayev Yaşar Kəramət oğludur. 
 

***

00.09

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” və “Khazar” markalı 2 minik avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

*** 

22.28

Xəbərə foto əlavə olunub.

***

22.01

Gəncədə  ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə  Gəncə-Şəmkir yolunun 1  kilometrlitində qeydə alınıb. Hərəkətdə olan "Toyota Prado" ilə "Khazar" markalı minik  maşını toqquşub. Qəza zamanı 1 nəfər ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
 

# 4428
avatar

Oxşar yazılar