Xocəvənddə minaya düşən fəhlənin barmaqları amputasiya edilib -  YENİLƏNİB
02 oktyabr 2022 13:18 (UTC +04:00)

Xocəvənddə minaya düşən fəhlənin barmaqları amputasiya edilib - YENİLƏNİB

Bu gün Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlaması barədə yeni məlumat yayılıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Lent.az-a məlumat verilib ki, hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb. Xəstəxanaya yerləşdirilən zərərçəkənin sağ ayağının bir neçə barmağı amputasiya edilib. Vəziyyəti stabildir.

ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa, müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.

 

***

12:32

Xocavənd rayonunda mina partlayışı olub.

Lent.az xəbər verir ki, Daxil İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə hadisə bu gün saat 11 radələrində qeydə alınıb.

Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilişində fəhlə işləyən Rasim Kərimzadə meşəlik əraziyə keçərək piyada əleyhinə minaya düşüb:

"Partlayış nəticəsində Rasif Kərimzadə ayaq nahiyəsindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Həyatı üçün ciddi təhlükə yoxdur".

Qeyd edək ki, minaya düşən Rasif Kərimzadə Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisini həyata keçirən şirkətin əməkdaşıdır.

 

***

12:23

Oktyabrın 2-də Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Bu barədə Lent.az-a Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Hadisə nəticəsində 20 yaşlı Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb.

"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək" - ANAMA bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4812

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15