"Faxralı" restoranı yandı - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR  - YENİLƏNİB
03 mart 2025 10:13 (UTC +04:00)

"Faxralı" restoranı yandı - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR - YENİLƏNİB

Xəbər verildiyi kimi, ötən gecə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Lent.az xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilib.

Qeyd edilib ki, yanğın nəticəsində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranın yanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 m² olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 m² sahədə yanıb.

Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəli yaşayış binası və ümumi sahəsi 2400 m² olan müxtəlif təyinatlı obyektlər yanğından mühafizə edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasından ümumilikdə 45 nəfər sakin təxliyə olunub.

***

saat 04:38

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd edək ki, yanğın "Faxralı" restoranında baş verib. 

***
02:12

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Lent.az xəbər verir ki, yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin çevik və koordinasiyalı fəaliyyəti sayəsində yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb. 

Hazırda yanan obyektin bütün perimetri boyu qüvvələr tərəfindən yanğına fəal müdaxilələr edilir. 

Əlavə məlumat veriləcək.

 



***
01:17

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verib.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatlar əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3902

Oxşar yazılar