38 yaşlı ispan müdafiəçi Serxio Ramos Meksikanın "Monterrey" komandasının heyətində ilk qolunu vurub.
Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, “Monterrey” Meksika çempionatının 10-cu turunda səfərdə "Santos Laquna"nı 4:2 hesabı ilə məğlub edib.
Serxio Ramos keçən ay “Monterrey”ə keçib. Onun son komandası İspaniyanın “Sevilya”sı olub.