Bakıda SPİRT KABUSU:  İnsanlar niyə ölür? –  AÇIQLAMA
03 mart 2025 16:09 (UTC +04:00)

Bakıda SPİRT KABUSU: İnsanlar niyə ölür? – AÇIQLAMA

Bakıda son 10 gündə 20-dən çox insan metil spirtindən zəhərlənərək ölüb.

Bu insanlar niyə zəhərlənir? Hansı spirtlərdən istifadə etmək təhlükəsizdir?

Mövzuyla bağlı Lent.az-a danışan qida eksperti İlkin Şirinov bildirib ki, metil spirti qidalanma, insanın daxilinə qəbulu üçün təhlükəlidir: 

“Metil spirti texniki spirtlərin sırasına daxildir. Bu spirtlər metanoldan alınır. Metil spirti qanda zəhərlənməyə gətirib çıxara bilər. Etil spirti istifadə üçün haradasa qəbul oluna bilər, lakin metil metanoldan alınır və onun qida kimi istifadəsi yolverilməzdir. Bu, texniki spirt sayılır və texniki vasitələrin təmizlənməsində, yuyulmasında istifadə olunur. Yəni metil spirti birmənalı şəkildə qəbuledilməzdir”.

Ekspertin sözlərinə görə, spirtli vasitələrin istifadəsində xüsusi lisenziyalar lazımdır:

“Yalnız xüsusi labarator müayinələrdən keçmiş, Azərbaycan Qida təhlükəsizliyi Agentliyinin birbaşa icazəsi olan spirtli içkilərin istifadəsi qəbulediləndir.

Lakin kimsə texniki spirti alıb içirsə, buna heç kim cavabdeh deyil”. 

Kütləvi ölümlərə görə spirt istehsalçısı məsuliyyətə cəlb edildi

Qeyd edək ki, Baş Prokurorluq Bakıda kütləvi insan ölümünə səbəb olan spirtin istehsalını həyata keçirən sahibkarın həbs edildiyini açıqlayıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2748

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04