Abşeronda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində yerləşən Mədəniyyət Evinin arxasındakı parkda qeydə alınıb.
Parkın "besetka"sında asılmış kişi meyiti tapılıb.
Araşdırmalar zamanı özünü asan şəxsin Xırdalan şəhər sakini, 33 yaşlı Fərid Kərimov olması müəyyən edilib.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.