Xırdalanda mağazadan 21 minlik  telefon oğurlandı
21 noyabr 2023 10:06 (UTC +04:00)

Xırdalanda mağazadan 21 minlik telefon oğurlandı

Noyabrın 16-na keçən gecə Xırdalan şəhəri ərazisində mağazaların birindən 21430 manat dəyərində 10 ədəd mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Z.Fərəcov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2988
avatar

Oxşar yazılar