Avqustun 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “Mərdəkan”, “Corat”, “Buzovna” sularda xilasetmə məntəqələrinin ərazisində və 4 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən 12 nəfər batma təhlükəsi ilə üzləşib.
FHN-dən Lent.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas olunub.