Cənubi Kiprdə yaşayan britaniya əsilli David Hunter 52 il ömür yoldaşı olmuş qadını, Jani Hunteri xəstə yatağında öldürüb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 2 il həbs cəzası almasına baxmayaraq, Hunter bu gün azadlığa buraxılıb. Buna səbəb onun məhkəmədə arvadını öldürmək üçün göstərdiyi səbəb olub.
O bildirib ki, öldürülməyi arvadı özü xahiş edib.
2021-ci ildə 76 yaşı olan David Hunter xərçəng xəstəliyindən əziyyət çəkən arvadını boğaraq öldürmüşdü. O bildirib ki, qan xərçəngi olan xanımı özü ölmək üçün ona yalvarıb. 2 il öncə 2 illik həbsə məhkum edilmiş 78 yaşlı David bu gün azadlığa buraxılıb.
Hunter arvadını çox sevdiyini, onun yeganə dostu olduğunu, ağrılarına dözə bilmədiyi üçün xahişinə əməl etdiyini bildirib.
Cütlüyün qızı Lesli də atasına haqq qazandırıb, bunun sevgidən irəli gələn bir addım olduğunu bildirib.