Zibilyığan fəhlə faciəvi şəkildə öldü
17 dekabr 2012 15:11 (UTC +04:00)

Zibilyığan fəhlə faciəvi şəkildə öldü

Bakı şəhərinin Nəsimi rayonu ərazisində faciəvi hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Fəridə Abdullayeva idarə etdiyi "Toyota Rav-4" markalı avtomaşını yolun kənarında dayanmış "Man" markalı avtomaşına vurub. Bu zaman yük maşınına zibil yükləyən 20-25 yaşlı Dilqəm adlı şəxsi iki avtomobil arasında qalıb. Nəticədə fəhlə hadisə yerində ölüb.

 

Faktla əlaqədar araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3084

Oxşar yazılar