Zəncirvari qəza törədən şəxs öldü
12 mart 2017 12:20 (UTC +04:00)

Zəncirvari qəza törədən şəxs öldü

Avtomobili qaçıraraq zəncirvari qəza törədən 28 yaşlı Şirvan sakini  xəstəxananın reanimasiya  şöbəsində dünyasını dəyişib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, martın 6-da Şirvan sakini, 1989-cu il təvəllüdlü Eyvazov Zahid Mirqalib oğlu qaçırdığı “Hyundai” markalı avtomobili böyük sürətlə idarə edərək şəhərin H.Əliyev prospektində zəncirvari qəza törədib.

 

Nəticədə müxtəlif  bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Kəllə-beyin və digər ağır bədən xəsarətləri alan yaralı bu gün reanimasiya şöbəsində komadan ayılmayaraq dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 113
avatar

APA Baycan

Oxşar yazılar