Bu gün səhər saatlarında Siyəzən rayonu, Zarat qəsəbəsində (rayon mərkəzindən 15 km aralı) Azərbaycan Dəmir Yolları QSC-yə məxsus Zarat Dəmiryol Stansiyasının ikimərtəbəli inzibatı binasında yanğın baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, binanın birinci mərtəbəsində yerləşən növbətçi hissəsinin ümumi sahəsi 36 kv.m olan releyni otağında elektrik cihazları və rabitə avadanlıqları yanıb.
Otağın qalan hissəsi və dəmiryol stansiyasının binası yanğından mühafizə olunub. Yanğın saat 06:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.