Baş Prokuror Zakir Qaralov həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işinin başlanmasına münasibət bildirib.
APA-nın məlumatına görə, Z. Qaralov deyib ki, əgər Əli İnsanov cinayət törətməkdə təqsirli bilinməsəydi, cinayət iş açıla bilməzdi: "Cinayət işi açılıbsa, istintaq aparılmalıdır".