Yük və minik avtomobilləri toqquşdu: 4 yaralı
27 sentyabr 2013 17:05 (UTC +04:00)

Yük və minik avtomobilləri toqquşdu: 4 yaralı

Şəki rayonunda yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.


 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonunun  Göybulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağdam rayon sakini İsrafil  Məzahir oğlu Qasımovun idarə etdiyi “Mercedes” markalı, 90 NN 450 dövlət nömrə nişanlı yük maşını  ilə Şəki şəhər sakini Ceyhun  Akif oğlunun Abdurrəhmanovun idarə etdiyi  “Tofaş” markalı, 55 BM 096 dövlət nömrə nişanlı minik avtomobil qarşı-qarşıya  toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü  Ceyhun Abdurəhmanov, avtomobildə olan sərnişinlər, Şəkinin Baş Zəyzid kənd sakinləri Bəxtiyar Sultan oğlu Abdullayev, Səttar Yusif oğlu  Abdullayev və Şəki şəhər sakini Vüqar Akif oğlu İbrahimov xəsarət alıblar. Yaralılar dərhal yoldan keçənlər tərəfindən Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) çatdırılıb. Xəsarət alan 4 nəfərdən birinin vəziyyəti ağır olduğu üçün, reanimasiya şöbəsinə yerləşdirilib. Yaralılardan 2-si cərrahiyə şöbəsinə yerləşdirilib, birinə isə ambulator xidmət göstərilib. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

# 1060
avatar

Oxşar yazılar