APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, “Azərkörpü” ASC-ə məxsus 90 CA 193 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük maşını Bakı istiqamətində hərəkət edən 10 MK 387 dövlət qeydiyyat nişanlı “Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşub.
Hadisə naticəsində mikroavtobusda olan 4 nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Qeyd edək ki, qəza nəticəsində Ford” markalı sərnişin mikroavtobus 20 metrədək yolun kənarına çıxıb. Məlumata görə, qəza mikroavtobus dönmə əməliyyatı həyata keçirərkən baş verib.
Polis hadisə yerində araşdırma aparır.
****
20.26
Fevralın 9-da saat 19:20 radələrində Bakı-Ələt yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən hissəsində dəhşətli qol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, “SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında “Mercedes” markalı yük maşını ilə “Ford” markalı sərnişin mikroavtobusu toqquşub.
Hadisə nəticəsinə ölən və yaralananlar var. Polis hadisə yerində araşdırma aparır.