Xaçmaz rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xudat şəhərində “Shacman” markalı yük avtomobilinin yol kənarındakı ağaca çırpılması barədə müraciət daxil olub. Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 00:58-da başa çatıb.