Sumqayıtda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, şəhər ərazisində “Ford” markalı yük maşını Laçın rayonundan olan məcburi köçkün, 1980-ci il təvəllüdlü Bayramov Maarif Arif oğlunu vurub. Yük maşının altında qalan piyada hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.