Bakının mərkəzin prospektlərindən olan Babək prospektində hərəkət qismən məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Babək prospektinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsində (şəhər istiqaməti) aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılıb. Bu səbəbdən yoda sıxlıq yaranıb.
Sürücülərə alternativ olaraq Heydər Əliyev və Alfred Nobel prospektlərindən istifadə etmələri tövsiyə olunur.