Yollarda qırğın kimi gecə: 9 ölü, 24 yaralı
09 dekabr 2013 10:42 (UTC +04:00)

Yollarda qırğın kimi gecə: 9 ölü, 24 yaralı

Dekabrın 8-də Azərbaycan ərazisində baş vermiş yol qəzalarında 9 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, gün ərzində ümumilikdə 22 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə həlak olan 9 nəfərlə yanaşı, 24 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Qeyd edək ki, son günlərdə respublika ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Qəzaların əksəriyyətinə də yağıntılı hava şəraitində, sürüşkən yolda sürət həddinin düzgün seçilməməsi və manevr qaydalarına əməl edilməməsi səbəb olur.

# 2960
avatar

Nizam Rza

Oxşar yazılar