Yol qəzasında ana azyaşlı qızı ilə xəsarət aldı: <span style="color:red;">digər yaralılar da var
25 iyul 2019 08:59 (UTC +04:00)

Yol qəzasında ana azyaşlı qızı ilə xəsarət aldı: digər yaralılar da var

 
 
 
Ötən gün axşam saatlarında Balakən şəhər ərazisində baş vermiş hadisə zamanı 4 nəfər xəsarət alıb.
 
APA-nın şimal-qərb bürosunun məlumatına görə, Şəki şəhər sakini, 1996-cı il təvəllüdlü Elşən İsmət oğlu Yusifov idarəetdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarında  dayanan digər minik avtomobilinə vurub. 
 
Qəza zamanı xəsarət alan sürücü E.Yusifov, onun avtomobilində olan sərnişinlər - 2000-ci il təvəllüdlü Zaqatala rayonu Yuxarı Tala kənd sakini Xədicə Ramazan qızı İsgəndərova, 1994-cü il təvəlllüdlü Zaqatala rayonu Kəpənəkçi kənd sakini Günay Telman qızı Sulxayeva və Günayın azyaşlı övladı, 2015-ci il təvəllüdlü Leyla Ziyəddin qızı Sulxayeva aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
 
Tibb müəssisəsindən bildirilib ki, yaralılardan E.Yusifov və X.İsgəndərovanın müalicələri xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-stabil qiymətləndirilir.
G.Sulxayeva və qızı Leylanın xəsarətləri yüngül olduğundan onlara lazımi yardım göstərildikdən sonra evə buraxılıblar.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356
avatar

Oxşar yazılar