Cari ilin ilk yarısında respublikada baş verən yol qəzalarında 556 nəfər ölüb.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, yanvar ayının 1-dən iyul ayının 1-ə qədər respublika 1366 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 556 nəfər ölüb, 1452 nəfər yaralanıb.
Piyadaların vurulması ilə nəticələnən 525 yol qəzası baş verib. Nəticədə 89 nəfər ölüb, 388 nəfər yaralanıb.
Cari ilin 6 ayında paytaxtda 490 yol qəzası baş verib. Nəticədə 160 nəfər ölüb, 506 nəfər yaralanıb.
K. Əliyev, həmçinin qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə respublika ərazisində baş verən yol qəzalarının sayı 6%, qəzalarda ölüm sayı 27% yaralı sayı isə 6% artıb.
K. Əliyev paytaxt ərazisində baş verən qəzaların ötən ilin müvafiq dövrü ilə müqayisəsini də qeyd edib. Belə ki, baş verən qəzalar 2.6% azalıb, 22 % ölüm sayı və 9% yaralı sayı artıb.