Yol polisi ilə sürücü arasında insident – “Protokol yazsan maşını yandıracam”
28 yanvar 2018 17:10 (UTC +04:00)

Yol polisi ilə sürücü arasında insident – “Protokol yazsan maşını yandıracam”

Bakının mərkəzində yol-hərəkət qaydalarını pozan sürücü ilə polis arasında insident baş verib. Lent.az xəbər verir ki, Hüseynov Afiq Eldar oğlu adlı sürücü “Mercedes” markalı  02 BL 348 dövlət qeydiyyat nişanlı avtomobillə Ü.Hacıbəyov küçəsi 44-ünvanın qarşısında dayanma durma qaydasını pozub. Bu səbədən yol polisi inspektoru ona cərimə protokolu yazıb. Cərimələndiyini görən sürücü səs-küy salaraq protokolun yazılması qarşılığında avtomobilini yandıracağı ilə hədələyib. Əraziyə post-patrul xidməti əməkdaşları gələndən sonra sürücü sakitləşdirilib və o, fikrindən vaz keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332

Oxşar yazılar