Yevlaxda ağır yol qəzası: bir nəfər ölüb, 2-si yaralanıb
14 iyul 2013 00:03 (UTC +04:00)

Yevlaxda ağır yol qəzası: bir nəfər ölüb, 2-si yaralanıb

Yevlaxda bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən ağır yol-qəza hadisəsi baş verib.

Yevlax rayonu, Gülöyşə kəndində 1970-ci il təvəllüdlü Səbiyev Çingiz Həmid oğluna məxsus "VAZ" markalı minik avtomobili digər vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Nəticədə, "VAZ" markalı avtomobilin sürücüsü Ç.H.Səbiyev ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat edib. Cəsəd yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla çıxarılaraq aidiyyatı  üzrə təhvil verilib.

 

"Mercedes" markalı avtomobilin sürücüsü və avtomobildə olan bir  nəfər sərnişin yanğınsöndürən-xilasedicilər çatana kimi əhali tərəfindən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175

Oxşar yazılar