Yevlaxda ağır qəza:<span style="color:red;"> 1 ölü, 4 yaralı
10 aprel 2014 12:33 (UTC +04:00)

Yevlaxda ağır qəza: 1 ölü, 4 yaralı

Aprelin 9-da saat 23 radələrində Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Aran qəsəbəsinin ərazisində Bərdə rayon sakini Səxavət Xəlilov idarə etdiyi “VAZ-21723” markalı avtomobili aşırıb. Onun sərnişinləri Leyla Xəlilova, Gülgəz Xəlilova, İlahə İbrahimova, Rafiq Rafiqli xəstəxanaya yerləşdirilib.

 

L.Xəlilovanın həyatını xilas etmək mümkün olmayıb.

 

# 796
avatar

Oxşar yazılar