
Yevlax sakini həmkəndlisinə ağır bıçaq zərbələri vurdu: xəbər tutub ki, sevgilisinə...
Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə qadın üstündə olub.
Belə ki, sevdiyi qadına görə kənd sakini digər həmkəndlisini bıçaqlayıb. Rayonun Malbinəsi kəndində baş verən ağır cinayət hadisəsi kənd orta məktəbinin yaxınlığında baş verib.
Mübahisə və münaqişə zamnində gənc kənd sakini Həsən Ələsgər oğlu Cəfərov həmkəndlisi 1996-cı il təvəllüdlü Emin Məmmədova çoxsaylı bıçaq zərbələri vuraraq ona ağır bədən xəsarətləri yetirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin ilkin təfərrüatları məlum olub. Əldə edilən məlumata görə, Həsən Cəfərov uzun müddət ailəsindən ayrılmış bir xanımla yaxın münasibətdə olub. Həmyaşıd olduğu həmkəndlisinin sevgilisinə pis niyyəti haqqında xəbər tutaraq onu mübahisə zəmnində bıçaqlayıb.
Qeyd edək ki, xəsarət alan həmkəndliləri tərəfindən mənfi əxlaqi keyfiyyətlərə malik şəxs kimi xarakterizə edilir.
Faktla bağlı araşdırma aparır.
Oxşar yazılar

Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15