Yeni veb-sayt yaradıldı
27 sentyabr 2013 16:40 (UTC +04:00)

Yeni veb-sayt yaradıldı

Özbəkistandakı səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “azculture.uz” adlı  veb-saytı yaradılıb. Mədəniyyət və turizm nazirliyindən Lent.az-a verilən məlumata görə,  veb-saytda ölkəmiz, onun zəngin mədəniyyəti, turizmi haqqında ətraflı məlumatlara, habelə şəkillərə və video çarxlara geniş yer verilib.

 

Mərkəzin kitabxanası və muzeyləri bölməsində burada saxlanılan kitablar, maraqlı eksponatlara dair şəkil və məlumatlar öz əksini tapıb.

Qeyd edək ki, təqdimat oktyabrın 14-də olacaq.

 

 

# 706
avatar

Oxşar yazılar