Bakının Xətai rayonu, Koroğlu Rəhimov 4, mənzil 33 ünvanında yatıb qalan 13 yaşlı Nicat Umudov xilas edilib. APA-nın məlumatına görə, N.Umudovun anası dərhal 112 xidmətinə məlumat verib və müvafiq qurumlar məlumatlandırılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri, təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib. Xilasedicilər 9-cu mərtəbənin eyvanından 8-cı mərtəbədəki mənzilə enib və xüsusi alətlər vasitəsi mənzilin qapısını açmağa müvəffəq olub. Nicat Umudov yuxudan oyadılaraq valideynlərinə təhvil verilib.
Hadisə yerinə çağırılan təcili yardım briqadası xilas edilən Nicat Umudova ilk yardım göstərib.