Yaşlı qadına zor tətbiq edilərək qızıl-zinət əşyaları əlindən alınıb
10 avqust 2019 07:51 (UTC +04:00)

Yaşlı qadına zor tətbiq edilərək qızıl-zinət əşyaları əlindən alınıb

0
 
 
 
Abşeron rayonunda soyğunçuluq hadisəsi baş verib.
 
APA xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində baş verib.
 
 
1969-cu il təvəllüdlü Zərinə Qaracayevanı naməlum iki şəxs boğmağa cəhd göstərib. Naməlum şəxslər qadına hədə-qorxu gələrək onun üzərində olan qızıl-zinət əşyalarını götürüb, hadisə yerindən uzaqlaşıblar.
 
Z.Qaracayeva bu barədə Abşeron Rayon Polis İdarəsinə (RPİ) müraciət edib.
 
Abşeron RPİ-nin əməkdaşları hadisəni törədən şəxslərin axtarışına başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 670

Oxşar yazılar