Yasamalda yük maşını aşdı: xəsarət alan var
15 may 2016 15:40 (UTC +04:00)

Yasamalda yük maşını aşdı: xəsarət alan var

Şəmkir-Gədəbəy avtomobil yolunda avtomobil aşıb, xəsarət alan var.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə hadisə yolun Şəmkir rayonu ərazisində, Yeni Yasamal adlanan hissədə qeydə alınıb.

 

“QAZel” markalı yük avtomobilin aşması nəticəsində sərnişin, Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Roman Əyyubov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı Şəmkir rayon Polis Çöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155
avatar

APA Baycan

Oxşar yazılar