Yardımlıda güclü yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 3-də rayonun Hamarkənd kənd sakini, 1960-cı il təvəllüdlü Ədalət Balaş oğlu Adışova məxsus ikimərtəbəli fərdi evdə qeydə alınıb.
Yanğının söndürülməsindən ötrü hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yardımlı Rayon Yanğından Muhafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, 4 otaq və aynabənddən ibarət ümümi sahəsi 180 kv.m olan ev içindəki məişət əşyaları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.