Göygöl rayonunun Qızılqaya qəsəbəsində vətandaşa məxsus "AZƏR LTD" yanacaqdoldurma məntəqəsinin yerüstü yanacaq çənlərinin şaxtasında yerləşən elektirik naqilləri yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanacaqdoldurma məntəqəsinin 2 ədəd 50 tonluq benzin, 1 ədəd 50 tonluq dizel və 2 ədəd 25 tonluq benzin çənləri yanğından mühafizə olunub.
Yanğın saat 11:24-də söndürülüb.