Xuliqanlıqda təqsirləndirilən 18 yaşlı gəncə <span style="color:red;">3 İL HƏBS
10 dekabr 2015 16:22 (UTC +04:00)

Xuliqanlıqda təqsirləndirilən 18 yaşlı gəncə 3 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Röyal Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən R. Ağazadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il martın 29-da Kamran Şəmiyevə bıçaqla xəsarət yetirərək sağlamlığına ağır zərər vurmuş Röyal Ağazadə tutulub.

Ona Cinayət Məcəlləsinin 221.3. (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Səlcuq Elçin

Oxşar yazılar